5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrail hökuməti bölgədə sülhün önündəki ən böyük maneədir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 152-ci Parlamentlərarası Birlik Baş Assambleyasında çıxışı zamanı İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatları və beynəlxalq hüquq normalarına tabe olmamasını sərt tənqid edib. Dövlət başçısı İsrail hökumətini həm öz xalqı, həm Fələstin, həm də bütün region üçün sülh və hüzur yolundakı ən böyük maneə adlandırıb.

16 Aprel 2026 21:14
İsrail hökuməti bölgədə sülhün önündəki ən böyük maneədir - Ərdoğan

BAKI,VOA, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 152-ci Parlamentlərarası Birlik Baş Assambleyasında çıxışı zamanı İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatları və beynəlxalq hüquq normalarına tabe olmamasını sərt tənqid edib.

VOA xəbər verir ki, dövlət başçısı İsrail hökumətini həm öz xalqı, həm Fələstin, həm də bütün region üçün sülh və hüzur yolundakı ən böyük maneə adlandırıb.

Prezident Ərdoğan beynəlxalq ictimaiyyətin bütün cəhdlərinə baxmayaraq, İsrailin hücumlarının dayandırıla bilməməsinin qlobal sistemdə dərin bir legitimlik böhranı yaratdığını vurğulayıb. O, son iki ayda dünyanın diqqətinin digər bölgələrə yönəldiyi bir vaxtda, İsrailin Fələstin və Livanda minlərlə insanın ölümünə, 1 milyondan çox insanın isə yurdundan didərgin düşməsinə səbəb olduğunu qeyd edib.

Xüsusilə 12 oktyabr 2025-ci il tarixində imzalanan atəşkəsdən sonrakı dövrə diqqət çəkən Ərdoğan, İsrail qüvvələrinin bu müddət ərzində 755 fələstinlini qətlə yetirdiyini və 2100 nəfəri yaraladığını bildirib. O, 7 oktyabr 2023-cü ildən bəri ümumi itkilərin 73 mini keçdiyini xatırladaraq, bölgədə ədalətli və qalıcı sülhün tək yolunun iki dövlətli həll variantının dərhal həyata keçirilməsi olduğunu bəyan edib. Prezident dünya parlamentarilərini bu istiqamətdə güclərini birləşdirməyə çağırıb.

Məqalədə: #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #İstanbul #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza bombardmanı #İsrail Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.