7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara görə, MİT Əhməd Qazançının Türkiyədən qeyri-qanuni yollarla Əfqanıstan-Pakistan bölgəsinə keçdiyini, orada İŞİD-in "Xorasan Vilayəti" qanadına qoşularaq terror düşərgələrində aktiv fəaliyyət göstərdiyini müəyyən edib.

17 İyun 2026 12:30
MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

BAKI,VOA, Fərid Mikayılov

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı İŞİD-ə qarşı növbəti strateji və sarsıdıcı zərbəni vurub.

VOA xəbər verir ki, keçirilən uğurlu xüsusi əməliyyat nəticəsində İŞİD-in sözdə "Xorasan Vilayəti" (ISKP) media qanadının mühüm fiquru, təşkilatın sözdə Türkiyə media məsulu, "Abu Ubeyde / Abu İbrahim" kod adlı Əhməd Qazançı sərhəd bölgəsində yaxalanaraq Türkiyəyə gətirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara görə, MİT Əhməd Qazançının Türkiyədən qeyri-qanuni yollarla Əfqanıstan-Pakistan bölgəsinə keçdiyini, orada İŞİD-in "Xorasan Vilayəti" qanadına qoşularaq terror düşərgələrində aktiv fəaliyyət göstərdiyini müəyyən edib.

Uzunmüddətli kəşfiyyat izləmələri nəticəsində o da bəlli olub ki, Qazançı daha öncə Pakistanda yaxalanaraq Türkiyəyə gətirilən İŞİD-in əvvəlki sözdə Türk media rəhbəri "Abu Yasir Al Turki" kod adlı Özgür Altun ilə sıx əlaqədə işləyib. Özgür Altun həbs edildikdən sonra onun təşkilat daxilindəki bütün media və təbliğat öhdəliklərini Əhməd Qazançı təhvil alıb və qruplaşmanın yeni Türkiyə media rəhbəri təyin edilib.

MİT tərəfindən addım-addım təqib olunan terrorçunun Pakistanda İŞİD mövqelərinə təşkil edilən hava zərbələrindən sağ qurtulduğu öyrənilib. Bölgədəki hərbi və ideoloji təlimlərini tamamlayan Qazançının gizli yollarla yenidən Türkiyəyə sızmaq, burada yeni terror hüceyrələri qurmaq və təşkilata yeni üzvlər qazandırmaq niyyətində olduğu öyrənilib. Bu planı vaxtında ifşa edən MİT rəsmiləri əməliyyat üçün düyməyə basıb və Əhməd Qazançını sərhəd xəttində reallaşdırılan əməliyyat ilə zərərsizləşdirilib.

Məqalədə: #Türkiyə #İŞİD #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #İŞİD terror təşkilatı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.