7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Növbəti TDT rəsmi sammiti Azərbaycanda keçiriləcək

21 May 2025 14:39
Növbəti TDT rəsmi sammiti Azərbaycanda keçiriləcək

BAKI, AzerVoice

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə iqtisadi, mədəni və siyasi sahələrdə mühüm qərarlar qəbul ediblər.

AzerVoice xəbər verir ki, mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Toplantısı keçirilib.

“Şərqlə Qərbin görüş nöqtəsi” mövzusunda keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan , Özbəkistan liderləri və TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak ediblər. Sammitə Macarıstanın Baş naziri Viktor Orban ev sahibliyi edib.

Budapeşt Qeyri-rəsmi Sammiti TDT-nin Avropa qitəsində və müşahidəçi üzv olan ölkənin ərazisində keçirilən ilk sammit kimi tarixə düşüb.

Toplantı çərçivəsində “Budapeşt Bəyannaməsi” imzalanıb. Sənəddə ticarət, enerji, nəqliyyat, rəqəmsal transformasiya, mədəni əlaqələr və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret addımlar əksini tapıb. Omuraliyev bu bəyannaməni “strateji yol xəritəsi” adlandıraraq, onun Türk dövlətləri arasında həmrəyliyi daha da gücləndirəcəyini bildirib.

Zirvə görüşündə Novruz bayramının Türk dünyasında ortaq şəkildə qeyd olunması təklif olunub və qəbul edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Novruz artıq Türk Dövlətləri Təşkilatının bayrağı altında ortaq anma günü kimi qeyd ediləcək.

Sammitdə qəbul edilən digər mühüm qərarlar aşağıdakılardır:

Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı təsdiqlənib. Bu addım Türk dünyasının zəngin irsinin qorunması və təbliğində yeni mərhələ hesab olunur.

TDT-nin Macarıstandakı nümayəndəliyinə icraçı direktorun təyin olunması qərara alınıb. Bu qərar təşkilatın Avropada institusional mövcudluğunu möhkəmləndirmək məqsədi daşıyır.

TDT-nin Əfqanıstanla bağlı ortaq bəyanatı qəbul edilib. Bəyanatda təşkilatın bu ölkədəki vəziyyətə qarşı koordinasiyalı və ortaq yanaşması ifadə olunub.

Şimali Kipr Türk Respublikasının Türk Akademiyasına müşahidəçi üzv kimi qəbul edilməsi qərara alınıb. Bu qərar KKTC-nin Türk dünyasında daha geniş inteqrasiyasının bir parçası kimi dəyərləndirilir.

TDT baş katibinin səlahiyyət müddətinin uzadılması da təsdiqlənib.

Sammit çərçivəsində Türk Dünyasının görkəmli nümayəndələrindən biri olan Nobel mükafatı laureatı Prof. Dr. Aziz Sancar Türk Dövlətləri Təşkilatının Əli Şir Nevai Beynəlxalq Mükafatına layiq görülüb. Bu mükafat onun elm sahəsindəki xidmətləri ilə yanaşı, Türk kimliyi və dəyərlərinə bağlılığına verilən önəmin göstəricisidir.

Baş katib Omuraliyev çıxışında bildirib ki, Türk Dünyası yalnız coğrafi baxımdan deyil, həm də iqtisadi, mədəni və strateji baxımdan qlobal əhəmiyyətə malik bir gücə çevrilməkdədir. O qeyd edib ki, Orta Dəhliz, Türkiyə İnvestisiya Fondu və yaşıl-rəqəmsal transformasiya təşəbbüsləri təşkilatın gələcək inteqrasiyasında mühüm rol oynayacaq.

Sammitdə vurğulanıb ki, Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ortaq dəyərlər, ortaq tarix və ortaq gələcək üçün birgə səslə hərəkət edən güclü bir birlikdir.

Qeyd edək ki, Türk Dünyası hazırda 175 milyonluq əhali və 4,5 milyon kvadrat kilometrlik geniş ərazini əhatə edir. 2024-cü ilə olan statistik göstəricilərə əsasən, TDT ölkələrinin birgə Ümumi Daxili Məhsulu (ÜDM) 2,1 trilyon dolları, qarşılıqlı ticarət həcmi isə 1,1 trilyon dolları ötüb. Növbəti – 12-ci Türk Dövlətləri Təşkilatının rəsmi sammiti Azərbaycanda keçiriləcək.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Azərbaycan #Qazaxıstan #Özbəkistan #Qırğızıstan #Viktor Orban #Macarıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #KKTC #Kubanıçbek Ömüralıyev #Budapeşt

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.