Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyanın İdlib əyalətindəki düşərgələrdən 308 məcburi köçkün ailənin ölkənin beş əyalətində yerləşən doğma yaşayış məntəqələrinə qayıtması üçün karvan yola düşüb.
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya jurnalistlərin informasiya əldə etmək hüququnu təmin edən və media ilə bağlı pozuntulara görə həbs cəzasını ləğv edən yeni media qanununun layihəsini hazırlayıb.
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
İordaniya və Avstriya Suriyanın bərpası və yenidən qurulmasına dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
İraq və Suriya arasında ikitərəfli ticarətin artırılması və İraq ixracının genişləndirilməsi məsələləri müzakirə olunub.
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız Suriyanın kimyəvi silah irsinin aradan qaldırılması istiqamətində səylərini yüksək qiymətləndirib.
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya Prezidenti Əhməd əş-Şaraa Almaniya şirkətlərinin nümayəndə heyəti ilə görüşdə ölkənin investisiya və yenidənqurma layihələrinə hazır olduğunu bildirib.
Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib
Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri Qazi əl-Ənzi etimadnaməsini Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybanininə təqdim edib.Bu barədə VOA məlumat verir ki,mərasim cümə axşamı Dəməşqdə keçirilib. Əl-Ənzi iyul ayında Səudiyyə Ərəbistanının Suriyadakı səfiri təyin olunub. O, bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ərəb Dövlətləri üzrə Baş Departamentinin direktoru vəzifəsində çalışıb.
İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq
İraqda Suriyanın şimal-şərqindən gətirilmiş 5 704 İŞİD şübhəlisi ilə bağlı ilkin istintaq başa çatıb. Şübhəlilər 67 müxtəlif ölkənin vətəndaşlarıdır. Onların 3 497 nəfəri Suriya, 474 nəfəri isə İraq vətəndaşıdır. Araşdırılan şəxslər arasında İŞİD-in yüksək vəzifəli rəhbərlərinin və müxtəlif bölmələrinin nümayəndələrinin olduğu bildirilir. Altı şəxsin yezidi qadınlara qarşı törədilmiş ağır cinayətlərlə əlaqəsinin müəyyənləşdirildiyi açıqlanıb. Yetərli sübut olmayan bəzi şəxslər azad edilib və ya öz ölkələrinə təhvil verilib. Daha 457 Suriya vətəndaşının Suriyaya qaytarılması istiqamətində iş aparılır. Qalan işlərin mərhələli və fərdi qaydada İraq məhkəmələrinə göndərilməsi nəzərdə tutulur.
İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır
Suriya İsrailin davam edən hücumlarına baxmayaraq, diplomatik həll yolundan imtina etmədiyini açıqlayıb. Xarici işlər naziri Əsəd əş-Şeybani İsraillə danışıqların ABŞ-nin vasitəçiliyi ilə aparıldığını bildirib. Onun sözlərinə görə, iyul ayında Suriya ərazisinə 65 müdaxilə qeydə alınıb. Avqustun ilk 18 günündə isə daha 52 belə halın baş verdiyi bildirilir. Dəməşq Qüneytrə vilayətində və paytaxt ətrafında yaşayış evlərinə basqınları tənqid edib. Suriya tərəfinin məlumatına görə, ilin əvvəlindən İsrail hərbçiləri tərəfindən suriyalıların aparılması ilə bağlı 147 hal qeydə alınıb. Onlardan 49 nəfərin hələ də saxlanıldığı bildirilir. Dəməşq bütün bunlara baxmayaraq, qarşıdurmanın danışıqlar yolu ilə həllinə çalışdığını vurğulayır.
İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb
Hörmüz boğazında kommersiya gəmiçiliyinin azalması İordaniyanın Əqəbə limanında tranzit yük daşımalarını artırıb. Əqəbə Konteyner Terminalı konteyner daşımalarında təxminən 5 faizlik artım qeydə alındığını açıqlayıb. Artım əsasən Şam bölgəsi və İraqa göndərilən yüklərin çoxalması ilə əlaqələndirilir. Terminalın məlumatına görə, 2026-cı ilin ilk yarısında tranzit yüklərin həcmi 155,1 faiz artıb. Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksəlməsi gəmiçiliyin azalmasına səbəb olub. Tacirlər alternativ ticarət yollarından istifadə etməyə başlayıblar. Suriya üzərindən keçən marşrutlar da mümkün alternativlər sırasında göstərilir.
Suriyada keçmiş zabit öldürüldü
Suriyanın Tartus vilayətinin Səfitə şəhərində keçmiş rejim zabitinin saxlanılması məqsədilə keçirilən əməliyyat silahlı toqquşma ilə nəticələnib. Daxili Təhlükəsizlik Komandanlığının məlumatına görə, keçmiş zabit Firas Əbdülkərim Həmmud əməliyyat zamanı öldürülüb. Təhlükəsizlik qüvvələri bildiriblər ki, Həmmud daha əvvəl saxlanılmağa cəhd edilərkən atəş açıb. Son əməliyyat zamanı da təhlükəsizlik əməkdaşlarına atəş açması nəticəsində qarşıdurma baş verib.
ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrak Vaşinqtonda Suriyanın müvəqqəti işlər vəkili Məhəmməd Qənatri ilə görüşdən sonra Suriyanı “tarixi nailiyyətlər” həftəsi münasibətilə təbrik edib. VOA xəbər verir ki, Barrak görüşlə bağlı cümə günü “X” sosial şəbəkəsində paylaşım edib.