İslam Əməkdaşlıq Təşkilatı İsrailin fələstinli əsirlərin edamına imkan verən qanun layihəsini qınayır
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail parlamentində fələstinli məhbusların edamını leqallaşdıran qanun layihəsinin irəli sürülməsini kəskin şəkildə pisləyib. Qurum bunun beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və əlaqədar BMT qərarlarına açıq ziddiyyət təşkil etdiyini bildirib.
İsrail Qəzzədə atəşkəsi dəfələrlə pozub- Fələstin
Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur İsrailin Qəzza zolağındakı atəşkəs razılaşmasını dəfələrlə pozduğunu bildirərək, razılaşmanın “son dərəcə kövrək” vəziyyətdə olduğunu vurğulayıb. Fələstinin rəsmi WAFA agentliyinin xəbərinə görə, Mənsur İsrailin Qəzzədə fələstinlilərə qarşı 700 gündən artıq davam edən hücumları ilə bağlı BMT baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT Baş Assambleyasının sədri Annalena Baerbocka məktublar göndərib.
İran Qərb sahilinin ilhaq qərarını Fələstinin məhv planının bir hissəsi hesab edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrail rejiminin İordan çayının Qərb sahilinin ilhaqına dair Knessetdə qəbul etdiyi qətnaməni Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunan prinsiplərin və məqsədlərin açıq şəkildə pozulması kimi qiymətləndirib və onu sərt şəkildə qınayıb. Bəqai bu qətnaməni sionist rejimin cinayətkar və müstəmləkəçi genişlənmə siyasəti yolunda atdığı növbəti addım adlandırıb. O vurğulayıb ki, bu siyasət səkkiz onillikdir fələstin xalqının öz müqəddəratını təyin etmə kimi fundamental hüququnun pozulmasına səbəb olur və beynəlxalq hüququn imperativ normalarını, xüsusilə də xalqların öz müqəddəratını təyin etmə hüququnu tapdalayır.
Hakan Fidan HƏMAS nümayəndələriylə atəşkəsin prosesini müzakirə edib
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və Milli Təhlükəsizlik Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada “HƏMAS” hərəkatının rəhbərləri ilə görüş keçiriblər. Danışıqlar zamanı Qəzza zolağında davam edən humanitar böhran, atəşkəsin davam etdirilməsi və bölgədə sabitliyin bərpası istiqamətində mümkün vasitəçilik addımları müzakirə olunub.
İsrail daha 30 fələstinlinin cəsədini Qəzzaya təhvil verdi
Səhiyyə Nazirliyi bəyan edib ki, cəsədlərin üzərində zorakılıq, işgəncə və uzun müddət bağlı saxlanılmış əl və göz izlərinə dair əlamətlər aşkar olunub. Hazırda nəşlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tibbi ekspertiza işləri davam etdirilir. Nazirlik yalnız 4 nəfərin kimliyinin ailələri tərəfindən təsdiqləndiyini açıqlayıb.
İsrail soyqırıma qayıdarsa, bunun bədəlini ağır şəkildə ödəyəcəyini yaxşı bilir - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada İsrailə xəbərdarlıq edib. Ərdoğan bildirib ki, İsrailin atəşkəs pozuntuları ilə bağlı təcrübəsi mənfidir, buna görə də Türkiyə və tərəfdaş ölkələr daha ehtiyatlı və prinsipial şəkildə hərəkət edir.
Qəzza ilə bağlı yekun həll Fələstin dövlətinin yaradılması olacaq - Qahirə
Misirin xarici işlər naziri Bədr Əbdül-Əti bu gün (bazar günü) ABŞ-ın CBS News telekanalına verdiyi müsahibədə bildirib ki, Qəzzanın gələcəyi ilə bağlı yekun və hərtərəfli həll Fələstin dövlətinin yaradılması olacaq. O vurğulayıb ki, Fələstin məsələsi həll olunmadan regionda nə sülh, nə də sabitlik mümkündür.
Almaniya Qəzzaya humanitar yardım üçün 29 milyon avro ayıracaq
Almaniya Kansleri Fridrix Merts, İsrail ilə Fələstinli silahlı qruplaşma HƏMAS arasında atəşkəsin ratifikasiya edilməsindən sonra Qəzzaya dərhal humanitar yardım göndərəcəyini açıqlayıb. Merts X platformasında etdiyi paylaşımda, Almaniyanın Qəzzaya 29 milyon avro (təxminən 34 milyon dollar) dəyərində humanitar yardım göndərəcəyini bildirib.
İsrail atəşkəs razılaşmasının bəzi maddələrini manipulyasiya etməyə çalışır - HƏMAS
HƏMAS sözçüsü Hazem Qasim bildirib ki, İsrail atəşkəs razılaşmasının bəzi mühüm maddələrini, xüsusilə əsir mübadiləsi və Qəzzadan çıxma ilə bağlı maddələri manipulyasiya etməyə çalışır. Qasim açıqlamasında deyib ki, İsrail bu maddələri sui-istifadə etməyə cəhd edir və bu məsələlərin müzakirəsindən yayınır.
Donald Tramp Türkiyəyə və region ölkələrinə təşəkkür edib
HƏMAS hərəkatı yayımladığı bəyanatda Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Təşkilat bildirib ki, razılaşma müharibənin dayandırılması, işğalçı qüvvələrin çəkilməsi, humanitar yardımların girişinə icazə verilməsi və əsir mübadiləsini nəzərdə tutur.
ABŞ məhkəməsi UNRWA-nı HƏMAS-a yardımda ittiham edən iddianı rədd edib
İddiada agentliyin məktəb və klinikalarında silahların saxlanılmasına icazə verdiyi, həmçinin HƏMAS üzvlərini işə götürdüyü iddia olunurdu. Lakin UNRWA-nın vəkilləri iddianı “absurd” adlandıraraq, agentliyin BMT-nin “subsidiar orqanı” kimi məsuliyyətdən azad olduğunu vurğulayıblar.
İsrail Əzm Flotiliyasına hücum edərək cinayət işləyib - HƏMAS
HƏMAS, İsrailin mühasirə və hücumları altındakı Qəzza zolağına humanitar yardım aparmaq üçün yola çıxan Əzm Flotiliyasına İsrail ordusunun hücumunu pisləyib. HƏMAS tərəfindən yayımlanan açıqlamada, İsrail ordusunun Qəzzaya yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasındaki gəmilərə hücum etməsi, aktivistləri və jurnalistləri saxlaması "xəyanətkar hücum, quldurluq cinayəti və terror aktı" kimi qiymətləndirilib. Açıqlamada bildirilib ki, İsrail artıq 2 ildir Qəzzada soyqırım və aclıq siyasəti yürüdür və mühasirədə olan fələstinlilərə təcili humanitar yardım çatdırmaq üçün yola çıxan donanmadakı gəmilərə və beynəlxalq aktivistlərə hücum, "işğalçı İsrailin cinayətlər siyahısına əlavə olunub."