İran İsrailin Qəzza yardım flotiliyasına hücumunu terror aktı adlandırıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrail qüvvələrinin Qəzzaya istiqamətlənmiş “Qlobal Əzm Donanması”na hücumunu və fəalların saxlanmasını kəskin şəkildə pisləyib. Nazirlik rəsmisi bəyanatında İsrailin mülki fəalların rəhbərlik etdiyi gəmilərə qarşı hücumunu “beynəlxalq prinsiplərin açıq-aşkar pozulması” və “terror aktı” kimi qiymətləndirib.
Fələstin Trampın Qəzza planını alqışlayıb
Fələstin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “Qəzza Münaqişəsini Sonlandıracaq Genişmiqyaslı Plan”ı müsbət qarşılayıb. Fələstin Dövlət Prezidentliyinin yazılı açıqlamasında bildirilib ki, Trampın Qəzzadakı müharibənin dayandırılması istiqamətində göstərdiyi təşəbbüs məmnuniyyətlə qarşılanır.
İsrailin cinayətləri beynəlxalq səviyyədə ifşa olunmalıdır - Fidan
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirlərinin İllik Koordinasiya Toplantısında çıxış edərək İsrailin bölgədəki siyasətini sərt şəkildə tənqid edib. Fidan bildirib ki, Qəzzada törədilən soyqırım və İsrailin İordan çayının qərb sahilini ilhaq etməyə yönəlik səyləri bölgədə təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, İsrailin hazırkı fəaliyyəti, yalnız Fələstin xalqına qarşı deyil, bütün regionun sabitliyinə qarşı yönəlmiş bir təhdid olaraq qiymətləndirilməlidir.
İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm - Tramp
Buna icazə verməyəcəyəm. Netanyahu ilə danışdım, İsrailin Qərb Şəriəni ilhaq etməsinə icazə verməyəcəyəm. Bu qədər kifayətdir. Artıq dayanma vaxtıdır. ABŞ Prezidenti Tramp, Ağ Evdəki Oval Ofisdə keçirdiyi bir imza mərasimində gündəmə dair sualları cavablandırarkən, işğal altındakı Qərb Şəriə ilə bağlı açıqlama verib. Tramp bu gün bəzi Yaxın Şərq liderləri və İsrail Baş naziri Benyamin Netanyahu ilə danışdığını xatırladaraq, Qəzza və Qərb Şəriə ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib.
İsrail Qəzzada tibbi yardım mərkəzini bombalayıb
İsrail ordusu Qəzzanın cənubundakı Tel əl-Heva məhəlləsində yerləşən Fələstin Tibbi Yardım Assosiasiyasının (PMRS) baş ofisini hədəf alıb. Qurum xatırladıb ki, iki gün əvvəl də Qəzzanın şərqindəki Derec məhəlləsində yerləşən başqa bir tibb mərkəzi İsrail hücumuna məruz qalmışdı. Son hücum isə assosiasiyanın ilk yardım fəaliyyətini tamamilə dayandırıb.
İsrail iki dövlətli həllə mane olarsa, Fələstini tanıya bilərik - Yaponiya
Yaponiya Baş naziri İşiba Şigeru, İsrailin iki dövlətli həll prosesini əngəlləyən addımlarını davam etdirməsi halında ölkəsinin Fələstin dövlətini tanıya biləcəyini bəyan edib. İşiba, BMT-nin 80-ci Baş Assambleyasında çıxışı zamanı İsrailin Qəzzadakı hücumlarını “qətiyyən qəbuledilməz” adlandıraraq onların dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Yunanıstanda Qəzzaya humanitar yardım aparan Azadlıq Flotiliyasına dron hücumu olub
Qəzzaya humanitar yardım aparmaq üçün Yunanıstandan yola çıxan Azadlıq Flotiliyası, Yunanıstanın axtarış-xilasetmə (SAR) məsuliyyət sahəsində dron hücumuna məruz qalıb. Flotiliya təşkilatçıları bildiriblər ki, hücum nəticəsində gəmilərdə kiçik zədələnmələr olsa da, bu, missiyanın davamına mane olmayıb.
İsrail, Fələstinlilərin İordaniyaya keçidini dayandırdı
İsrailin Baş naziri Benyamin Netanyahu, işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəriə) yaşayan fələstinlilərin ölkədən çıxmaq üçün istifadə etdiyi yeganə sərhəd qapısını bağlayacağını açıqlayıb. İsrail ordu radiosunun müxbiri Doron Kadoş xəbərində, Netanyahu-nun bu qərarı bir çox ölkənin Fələstin dövlətini tanımasına etiraz olaraq verdiyini bildirib. Məlumata görə, Netanyahu işğal altındakı Qərbi Şəriədən İordaniyaya çıxışı təmin edən və İsrailin nəzarətində olan “Kral Hüseyn Körpüsü” sərhəd keçid məntəqəsinin insan və yük daşımalarına növbəti xəbərdarlığa qədər tamamilə bağlanması barədə göstəriş verib.
Qəzzada səhiyyə sistemi çökmək təhlükəsi ilə üz-üzədir
İsrailin hücumları və ciddi blokadası altındakı Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranının son dərəcə təhlükəli bir mərhələyə daxil olduğu və xəstəxanaların fəaliyyətinin dayanmasına cəmi bir neçə gün qaldığı barədə xəbərdarlıq edilib. Qəzzə Səhiyyə Nazirliyi İsrailin hücumları ilə yanaşı, humanitar yardım və yanacaq girişinə qoyduğu məhdudiyyətlər nəticəsində Qəzzədəki xəstəxanalarla bağlı açıqlama yayıb. "Yanacağın tükənməsi səbəbindən xəstəxanaların xidmətlərinin dayanmasına bir neçə gün qalıb. Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranı son dərəcə təhlükəli mərhələyə çatır." - deyə açıqlamada qeyd edilib.
Yaxın Şərqdə davamlı sülh üçün Fələstinin müstəqilliyi vacibdir - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub. Ərdoğan məqaləsində dünyanı təhdid edən münaqişələr, qeyri-sabitlik, terror hücumları, pandemiyalar, iqlim böhranları və artan ədalətsizliklər fonunda Türkiyənin ədalət, sülh və həmrəylik mərkəzli xarici siyasət yürütməyə davam etdiyini vurğulayıb. O, "Dünya beşdən böyükdür" ifadəsi ilə BMT sisteminə yönələn tənqidin təkcə bir şüar deyil, eyni zamanda bəşəriyyətin ortaq gələcəyinə dair bir baxışın ifadəsi olduğunu qeyd edib.
Fələstin dövlətinin tanınması fonunda İsrail ordusu bütün bölgələrdə hərəkətə keçib
İsrail ordusu İvrit təqviminə görə yeni ilin başlanğıcı sayılan Roş Aşana bayramı münasibətilə 22–23 sentyabr tarixlərində ölkənin bütün bölgələrində yerləşən hərbi birləşmələrin gücləndirildiyini açıqlayıb. Ordunun yaydığı rəsmi bəyanatda qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra müxtəlif bölgələrdə həm müdafiə, həm də hücum məqsədilə birliklər yüksək hazırlıq vəziyyətinə gətirilib və əlavə qüvvələrlə gücləndirilib.
Fələstin xalqının hüquqları beynəlxalq hüququn və insanlığın tələbidir - Tunç
Türkiyənin ədalət naziri Yılmaz Tunç bildirib ki, Fələstin xalqının legitim hüquqlarının qorunması beynəlxalq hüququn, regional sülhün və insanlığın əsas tələblərindən biridir. O qeyd edib ki, "harada baş verərsə versin ədalətsizlik, bütün dünyada ədalətə qarşı bir təhdiddir". Nazir Tunç bu fikirləri Maltanın paytaxtı Valettada keçirilən Avropa Şurasının Ədalət Nazirləri Konfransı çərçivəsində "1959-dan Rəqəmsal Dövrə: Rəqəmsal Vasitələrlə Ədli Əməkdaşlığın Modernləşdirilməsi" mövzusunda keçirilən iclasda səsləndirib.