7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

TDT beynəlxalq sülhə töhfə verən platformaya çevrilib - Ərdoğan

22 May 2025 15:05
TDT beynəlxalq sülhə töhfə verən platformaya çevrilib - Ərdoğan

BAKI, AzerVoice

Türk Dövlətləri Təşkilatı qlobal sabitliyə töhfə verir.

AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstan səfəri dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

O, Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısını yüksək qiymətləndirib və təşkilatın beynəlxalq nüfuzunun artdığını bildirib.

“Budapeştdə keçirilən bu sammit təşkilatımızın bir müşahidəçi üzv dövlətdə və Avropa İttifaqı ərazisində təşkil olunan ilk sammiti oldu. Bu, Türk Dövlətləri Təşkilatının qlobal miqyasda artan əhəmiyyətinin göstəricisidir,” – deyə Prezident qeyd edib.

Ərdoğanın sözlərinə görə, təşkilatın qərarları yalnız siyasi sahədə deyil, iqtisadi əlaqələrə də töhfə verir. Son beş ildə Türkiyənin təşkilatın dörd üzv dövləti ilə ticarət həcminin 50 faizə yaxın artaraq 80 milyard dollara çatdığını vurğulayıb.

Prezident Ərdoğan bildirib ki, Budapeşt Zirvəsində qəbul edilən sənədlər arasında Kipr Türklərinin hüquqlarının müdafiəsinə və adadakı həll yollarına dair bəyannamələr də var. “Şimali Kipr Türk Respublikasının Türk dünyasına verdiyi töhfələri yüksək qiymətləndiririk. Kipr Türklərinin təbii hüquqlarının təmin olunması vacibdir.” - deyə o bildirib.

Ərdoğan qeyd edib ki, növbəti – 12-ci zirvə 2025-ci ilin oktyabrında Azərbaycanda keçiriləcək və bu tədbirə hazırlıq artıq başlayıb. Eyni zamanda Qəzza, Fələstin, Suriya və Əfqanıstanla bağlı məsələlərə diqqət yetirildiyini, Novruz bayramı ilə əlaqədar ortaq tədbirlərin təşkilinə dair razılığın əldə olunduğunu bildirib.

Zirvə çərçivəsində həmçinin Nobel mükafatı laureatı Prof. Dr. Aziz Sancara Türk dünyasına verdiyi töhfələrə görə Əlişir Nəvai mükafatı təqdim edilib.

Macarıstanla ikitərəfli əlaqələrə toxunan Prezident, bu ölkənin həm Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü, həm də Avropa İttifaqının üzvü kimi xüsusi mövqeyə sahib olduğunu vurğulayaraq, Macarıstanın Türkiyənin Aİ-yə üzvlük prosesinə verdiyi dəstəyi də qeyd edib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan son olaraq 2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeştə səfər edib. Bu səfər çərçivəsində o, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Azərbaycan #Avropa İttifaqı (Aİ) #Macarıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #KKTC #Türkiyə siyasəti #Budapeşt

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.