İordan çayının qərb sahilində on üç yaşlı uşaq və bir mülki şəxs həlak olub
Fələstin Qızıl Aypara Cəmiyyəti işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah şəhəri yaxınlığında israilli məskunlaşanların hücumu nəticəsində iki nəfərin həyatını itirdiyini açıqlayıb. Verilən rəsmi məlumatda ölənlərdən birinin on üç yaşlı uşaq olduğu bildirilir. Qurumun yaydığı bəyanatda hadisənin Ramallah yaxınlığındakı Əl Muğayir kəndində baş verdiyi qeyd olunub. Hücum zamanı odlu silahlardan açılan atəş nəticəsində on üç və otuz iki yaşlı iki nəfər həlak olub daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların dərhal xəstəxanaya yerləşdirildiyi və tibbi yardım göstərildiyi vurğulanıb.
BMT məruzəçiləri Avropa Birliyini İsrail ilə ticarət sazişini dayandırmağa çağırıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçiləri Avropa Birliyinə müraciət edərək, İsrail ilə 2000-ci ildən bəri qüvvədə olan tərəfdaşlıq sazişinin dərhal dayandırılmasını tələb ediblər. Məruzəçilər bu tələbi İsrailin beynəlxalq hüququ, o cümlədən insan haqlarını kobud şəkildə pozması və Qəzzada törədilən hərbi cinayətlərlə əsaslandırıblar.
İsrail hökuməti bölgədə sülhün önündəki ən böyük maneədir - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 152-ci Parlamentlərarası Birlik Baş Assambleyasında çıxışı zamanı İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatları və beynəlxalq hüquq normalarına tabe olmamasını sərt tənqid edib. Dövlət başçısı İsrail hökumətini həm öz xalqı, həm Fələstin, həm də bütün region üçün sülh və hüzur yolundakı ən böyük maneə adlandırıb.
Uşaq qatilləri nə Türkiyəni, nə də onun prezidentini təhdid edə bilməz – Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərək İsrailə kəskin tənqid edib. Prezident Ərdoğan bildirib ki, heç bir qüvvə Türkiyəni və onun prezidentini təhdid edə bilməz. "Mənim şəxsiyyətimə və ölkəmizə dil uzadan uşaq qatillərinə bir daha xatırladıram ki, Türkiyə sıradan bir dövlət deyil. Biz zalıma zalım, oğruya oğru, qatilə qatil deməyə və Qəzza uşaqlarının səsi olmağa davam edəcəyik."-deyə Ərdoğan çıxışında bildirib.
Trampın Qəzza planı çıxılmaz vəziyyətdə: 17 milyardlıq fonddan xəbər yoxdur
Donald Trampın Sülh Şurası Qəzza üçün vəd edilən 17 milyard dolların yalnız çox kiçik bir hissəsini toplaya bilib. "Reuters"ə danışan mənbələrin bildirdiyinə görə, bu vəziyyət ABŞ prezidentinin dağılmış Fələstin anklavının gələcəyi ilə bağlı planını həyata keçirməsinə mane olur. ABŞ və İsrailin İrana hücumları nəticəsində bölgənin müharibəyə sürüklənməsindən on gün əvvəl, Tramp Vaşinqtonda bir konfrans təşkil etmişdi. Həmin konfransda Körfəz ərəb ölkələri iki il ərzində İsrail tərəfindən viran qoyulan Qəzzanın idarə olunması və yenidən qurulması üçün milyardlarla dollar vəsait vəd etmişdilər.
Türkiyə zülmə qarşı həm diplomatiya, həm də hüquq müstəvisində mübarizə aparır - Türkiyə Ədliyyə Naziri
Türkiyənin Ədliyyə naziri Akın Gürlek, Qəzzaya humanitar yardım daşıyan "Sumud" donanmasına qarşı İsrail tərəfindən həyata keçirilən hücumla bağlı hazırlanan ittihamnamənin qəbul edildiyini və mühüm bir məhkəmə prosesinin başladığını elan edib. Nazir öz sosial media hesabında paylaşım edərək, bu prosesin beynəlxalq hüquq müstəvisində tarixi bir əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İsrail ordusu Qəzzanın şimalında məktəblini sinif yoldaşlarının gözü qarşısında qətlə yetirib
Qəzza zolağının Təhsil və Ali Təhsil Nazirliyinin verdiyi məlumata görə, cümə axşamı İsrail ordusu Beyt Lahiya şəhərində fələstinli azyaşlı qız Ritac Reyhanı qətlə yetirib. İnsident uşaqlar məktəb çadırında dərs masası arxasında əyləşdiyi zaman baş verib. Nazirliyin bəyanatında bildirilir ki, "Əbu Ubeydə bin əl-Cərrah" məktəbinin 3-cü sinif şagirdi olan Ritac İsrail hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisə onun sinif yoldaşları arasında ağır psixoloji travmaya və şoka səbəb olub.
Fələstin hökuməti beynəlxalq birliyi İsrailə qarşı çəkindirici tədbirlər görməyə çağırıb
Fələstin hökuməti beynəlxalq birliyi İordan çayının qərb sahilində fələstinlilərin torpaqlarını qəsb edən israillilərin artan hücumlarını dayandırmaq üçün çəkindirici tədbirlər görməyə çağırıb və bu hücumların sahədəki vəziyyətə ciddi təsirləri olacağı barədə xəbərdarlıq edib. Həftəlik kabinet iclasından sonra hökumətdən edilən açıqlamada, bu hücumların "işğalçı hakimiyyətin himayəsi altında törədilən mütəşəkkil cinayətlər" olduğu, fələstinlilər üçün düşmən mühit yaratmaq və yaşayış məntəqələrini genişləndirmək məqsədi daşıdığı bildirilib. Qeyd olunub ki, son hücumlardan biri bazar ertəsi sübh vaxtı Nablusun cənubundakı Lubban əş-Şərqiyyə və Kusra kəndlərində baş verib, nəticədə yaralananlar olub, evlər və fələstinlilərə məxsus əmlaklar yandırılıb.
Qəzzada ümumi can itkisi 72 min 291 nəfərə çatıb
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı son yazılı bəyanatda 2023-cü ilin oktyabr ayından bəri davam edən hərbi əməliyyatların ağır statistikası paylaşılıb. Yenilənmiş məlumatlara görə, bölgədə həyatını itirənlərin ümumi sayı 72 min 291-ə, yaralıların sayı isə 172 min 68-ə yüksəlib.
İsrailin Qəzzaya yeni hücumları ABŞ-ın vasitəçilik etdiyi atəşkəsi sarsıdır
Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, çərşənbə axşamı günü İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi iki ayrı hücum nəticəsində ən azı beş nəfər həyatını itirib. Bu son zorakılıq dalğası ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş və beş aydır davam edən kövrək atəşkəs razılaşmasının gələcəyini ciddi şübhə altına qoyur. Tibb işçiləri bildiriblər ki, anklavın şimalındakı Cabaliya bölgəsinə endirilən hava zərbəsi üç nəfərin, cənubdakı Xan Yunis şəhərinə edilən hücum isə iki nəfərin ölümü ilə nəticələnib. İsrail tərəfi hələlik hər iki hadisə ilə bağlı rəsmi şərh verməyib.
Qəzzada can itkisi 72 min 280 nəfərə yüksəlib
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı rəsmi bəyanatda 2023-cü ilin oktyabr ayından bəri davam edən hərbi əməliyyatların ağır nəticələri açıqlanıb. Son məlumatlara görə, bölgədə həyatını itirənlərin ümumi sayı 72 min 280-ə çatıb. Eyni zamanda, yaralıların sayının 172 min 14 nəfərə yüksəldiyi bildirilir.
Qəzzada PUA hücumu nəticəsində 3 fələstinli həlak olub
İsrail ordusunun Qəzza şəhərinin cənubunda yerləşən Zeytun məhəlləsini pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alması nəticəsində 3 nəfər dünyasını dəyişib. Fələstinin rəsmi WAFA agentliyinin yaydığı məlumata görə, Şafii məscidi yaxınlığında toplaşan mülki şəxslərə endirilən zərbə zamanı çox sayda insan yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olanların olduğu bildirilir.